Şəhid hərbçimiz dəfn olundu – FOTO

Baxılıb:382
Şəhid hərbçimiz dəfn olundu – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) avtomobil qəzasında şəhid olan hərbi qulluqçusu – gizir Kamallı Kamal Vilayət oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, şəhid Şəki rayonunun Şəki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu şəhid olublar.


Abunəlik