Şəhid Elvin Şükürlünün xatirəsinə anım tədbiri keçirildi- FOTOLAR

Baxılıb:207
Şəhid Elvin Şükürlünün xatirəsinə anım tədbiri keçirildi- FOTOLAR

AzTimes.az xəbər verir ki, Bakı şəhəri 221 saylı tam orta məktəbində şəhid baş leytenant Elvin Şükürlünün xatirəsinə anım tədbiri keçirilib. “Vətənb Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi və həmin məktəbin 5e sinfinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələri və qazilər, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra şəhid baş leytenant Elvin Şükürlünün qardaşı, baş leytenant Elnur Şükürlü ailəsi adından tədbir təşkilatçılarına təşəkkürlərini çatdırıb.
Ardınca şəhid Elvin Şükürlünün ömür yolu barədə tədbir iştirakçılarına məlumat verilib, 5e sinfinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər və mahnılar dinlənilib.
221 saylı orta məktəbin direktoru Günel Səmədova, 5e sinfinin rəhbəri Şərifə Qasımova, şəhid anası – “Şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, həmçinin digər şəhid anası Lalə Seyidova, ” Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxış edərək təhsil ocaqlarında belə tədbirlərin daim keçirilməsinin mahiyyətindən danışmış, gələcək nəsillərə şəhidlərimiz haqqında məlumatların çatdırılmasının vacibliyini bildirmişlər.
Tədbirin sonunda 221 nömrəli tam orta məktəbin direktoru Günel Səmədovaya və 5e sinfinin rəhbəri Şərifə Qasımovaya “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəkkür plaketləri təqdim olunub.


Abunəlik