Şəhid bacılarının evləri uçurulur:”Asif Əsgərov başımıza oyun açır”-VİDEO

Baxılıb:431
Şəhid bacılarının evləri uçurulur:”Asif Əsgərov başımıza oyun açır”-VİDEO

Bakı şəhəri Nəsimi rayonu ərazisində məhkəmə qərarına əhəmiyyət verilməyərək yaşayış evləri sökülür. Sakinlər iddia edir ki, bizə pilot layihə adı ilə təqdim edilən tikinti icra başçısı Vasif Əsgərovun oyunudur.
Ərazidəki sakinlərin yaşayışının yaxşılaşdırılması məqsədi adı altında başlayan bina tikintisi 2016- cı ildən davam edir. Sakinlərin tikiləcək binada evlə təmin olunacaqlarını vəd ediblər. Amma sakinlər həmin binalarda yaşamaq istəmirlər. Onlar kompensasiya tələb edirlər. Kompensasiya ilə isə qarşı tərəf razılaşmır.Sakinlər deyir ki, haqqımızı tələb edəndə də deyirlər müxalifətçisən.


Abunəlik