Şəhid anaları və jurnalistlər şəhid pilotun ailəsini ziyarət etdi

Baxılıb:373
Şəhid anaları və jurnalistlər şəhid pilotun ailəsini ziyarət etdi

 AzTimes.az xəbər verir ki, bu gün 2016-cı ilin dörd günlük aprel müharibəsində şəhid olmuş Polkovnik-leytenant S.Axundovun həyat yoldaşı N.Axundova, Ə.Axundovun anası C.Axundova, jurnalist A.Eyvazlı ilə birlikdə qəzaya uğramış MİQ-29 təyyarəsinin mərhum pilotu R.Atakişiyevin ailəsini ziyarət etdik.Şəhid pilotumuzun anası T.Atakişiyevaya və həyat yoldaşı K.Atakişiyevaya təsəlli olmağa çalışdıq. Ailə üzvləri bir ailənin övladı olmaqdan çıxıb, artıq bütün Azərbaycanın övladı olan R.Atakişiyev haqqında xatirələrini söylədi. Qeyd edək ki, R.Atakişiyev 1985-ci ildə Samux rayonunda anadan olub. Şəmkir rayonundakı Şəhid Ş.Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirdikdən sonra , Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. 2006-cı ildə həmin məktəbi bitirən R.Atakişiyev işinin öhdəsindən məharətlə gəldiyi üçün Polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlib. Səma qartalı – R.Atakişiyevin 3 və 7 yaşında olan iki oğul övladı var. Ruhuna sayğılar komandir…

Mehriban Sadiq /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir