Şəhid ailələri və qazilərə ŞAD XƏBƏR! – 500 ev…

Baxılıb:193
Şəhid ailələri və qazilərə ŞAD XƏBƏR! – 500 ev…

Yaxın 2 ayda daha 500 şəhid ailəsi və müharibə qazisi mənzil və fərdi evlə təmin olunacaq.

Bunu  jurnalistlərə açıqlamasında  Sosial  Xidmətlər  Agentliyinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub:

“Həmin şəxslərdən artıq 600 nəfərə artıq ev və mənzillər təqdim olunub. Həmçinin bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək”.

APA


Abunəlik