Səhər yeməyinin ideal vaxtı açıqlandı: Ürək sağlamlığı üçün vacibdir

Baxılıb:25
Səhər yeməyinin ideal vaxtı açıqlandı: Ürək sağlamlığı üçün vacibdir

Yaxşı qidalanmaq və kökəlməmək üçün 08:30-dan əvvəl səhər yeməyi yemək lazımdır.

Bunu diyetoloq Samanta Kasetti deyib.

Mütəxəssis vurğulayıb ki, hər yemək vacibdir, lakin səhər yeməyi xüsusi dəyərlidir: “Səhər bədənimiz təbii olaraq qidanı udmaq və həzm etmək üçün tənzimlənir. Bu, yuxudan tutmuş əhval-ruhiyyəyə, maddələr mübadiləsinə qədər hər şeyə təsir edən sirkadiyalı ritm sayəsində baş verir”.

Dietoloqun fikrincə, metabolik nöqteyi-nəzərdən, 08:30-dan əvvəl səhər yeməyi idealdır, çünki bu zaman orqanizm insulinə ən həssasdır. “Bu o deməkdir ki, o, karbohidratları daha effektiv emal edə, qan şəkərinin səviyyəsini daha yaxşı tənzimləyə və gün ərzində daha enerjili ola bilər”, – ekspert bildirib.

Bundan əlavə, Kassetti səhər yeməyinin ürək sağlamlığına dolayı təsir etdiyini əlavə edib. O, səhər yeməyini gec yemək vərdişi ilə ürək-damar xəstəliklərinin inkişafı arasında əlaqəni aşkar edən araşdırma haqqında danışıb. Alimlərin fikrincə, optimal sağlamlıq üçün səhər yeməyini səhər doqquzdan, axşam yeməyini isə axşam doqquzdan gec olmayaraq yemək lazımdır.


Abunəlik