Səfir xanımları sığınacaqdakı şəraitlə tanış oldular
AzTimes.az xəbər verir ki Litva səfirinin xanımı Akvile Vaskeleviciene , İsveç səfirinin xanımı Florence Lorentzon, Yaponiya səfirinin xanımı Takako Vatanabe,Albaniya səfirinin xanımı Amarda Kadia, Bolqarıstan səfirinin xanımı Tolia Stoyanova,Pakistan səfirinin xanımı Sumaira Mohiuddin “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə tikilən təşkilatın binası və Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yaradılmış şərait ilə tanış olub.Təşkilatın sədri Kəmalə Ağazadə qonaqlara AUİB-nin fəaliyyəti haqqında məlumat vermiş,təşkilatın davamlı olaraq dövlət qurumları ilə sıx əməkdaşlığını qeyd edərək , müvafiq rəsmi strukturların daimi dəstəyini,hərtərəfli köməyini və qayğısını xüsusi vurğulamışdır.