Səfər öncəsi mərhum Heydər Əliyevlə görüşür-O necə hər kəsin sevimli generalı oldu

Baxılıb:343
Səfər öncəsi mərhum Heydər Əliyevlə görüşür-O necə hər kəsin sevimli generalı oldu

Ötən əsrin 90-cı illərində bir qrup gənc hərbçi təhsilini davam etdirmək və təkmilləşdirmək üçün Türkiyə hərb okullarına göndərilir. Gəncləri Türkiyəyə aparmaq üçün 3 türk generalı Bakıya gəlibmiş.
Gələcəyin polkovnikləri, generalları olacaq bu gənclər səfər öncəsi mərhum Heydər Əliyevlə görüşür. Görüş zamanı Heydər Əliyev onlara deyir:
“Silahla davranmağı, onlardan necə istifadə etməyi biz burda da sizə mükəmməl şəkildə öyrədə bilərik. Lakin Azərbaycan gənc və təcrübəsiz bir dövlətdi. Türkiyənin isə 1000 illik dövlətçilik təcrübəsi var. Biz sizi qardaş ölkəyə ona görə göndəririk ki, vətənpərvərlik hissinizi daha da formalaşdıra, milli mənlik şüurunuzu inkişaf etdirəsiniz. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən istənilən şəxs əməli fəaliyyətini məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdı. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün lazımi fəaliyyət göstərməyə sövq edir. Vətənpərvərlik sadəcə hərbidə xidmət etmək deyil. Vətənə sadiqlik, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvərlik qarşılıq gözləmədən Vətən yolunda şəhid olmaq hisslərini özündə formalaşdırmaqdır! Biz sizi bununçün Türkiyəyə göndəririk. Mən əminəm ki, sizlər orada vətənpərvər olmağı, Vətən üçün ölümün üstünə gülə-gülə getməyi öyrənəcəksiniz! Mən ona da əminəm ki, işğal altında əzilən torpaqlarımızı siz gənclər geri döndüyünüzdə azad edəcək, bizim millət olaraq sınan qürurumuzu bərpa edəcəksiniz…”


Heydər Əliyevin sərf etdiyi bu fikirlərini təkrar-təkrar oxuduqdan sonra yutubda “Aprel döyüşləri” və “44 günlük Vətən Savaşı” haqqında videokadrları izlədim və anladım onun nə demək istədiyini. Heydər Əliyev məhz onu demək istəyirdi ki, işğaldakı torpaqlarımızı azad etmək, qürurumuzu özümüzə qaytarmaq hal-hazırda orduya rəhbərlik edən nəcməddinsadıqovlarla mümkün deyil. Bunun üçün bizə Hikmət Mirzəyev, Polad Həşimov, Raqub Orucov, Tehran Mənsimov kimi milli mənlik şüuruna sahib komutanlar və ölümün üstünə gülə-gülə gedərək dastan yazan və özü də bir dastana çevrilən Xudayar kimi əsgərlər lazımdı.
Heydər Əliyev həqiqətən də uzaqgörən, usta siyasətçi, böyük strateq idi! Tanrı yerini Uçmak etsin, köhnə dost və böyük adam!!!

Fərəməz Novruzoğlu AzTimes.az


Abunəlik