Səbuhi Xanlarov Sahil Babayev haqqında əsassız ittihamlar yayanlara səsləndi:”Sizinlə bağlı əlimdə olan faktları açıqlasam…”
Son vaxtlar Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev haqqında dolaşan fikirlər insanlarda çaşqınlıq yaradır. S.Babayevin vəzifəsinin icrasına başladığı ilk günlərdən kadr dəyişiklikləri aparması bir çoxları tərəfindən özbaşnalıq, vəzifə səlahiyytlərini aşma kimi təqdim edildi. Bir çox vətəndaşların illərlə aldığı sosial müavinətlərin ləğvi etiraza səbəb olaraq media portallarında işıqlandırıldı.
Məsələ ilə bağlı hər zaman Azərbaycan Respublikası prezidentini dəstəkləyən, xaricdə yaşayan mühacirlərlə mübarizə aparan Səbuhi Xanlarov fikir bildirib. O, Sahil Babayev haqqında irəli sürülən ittihamların şantaj xarakteri daşıdığını, bununla bağlı əlində çox güclü, aləmi yerindən oynadacaq dəlillər oldğunu söyləyib. ” İşdən azad olunan şəxslər əlillik dərəcəsi olmayan vətəndaşlardan külli miqdarda rüşvət alaraq təqaüd təyin ediblər. Sahil Babayev bu halları aradan qaldırmaq, nazirlikdə rüşvət və özbaşnalığın kökünü kəsmək məqsədi ilə islahatlar aparıb. Ancaq bununla razılaşmayan şəxslər məsələni öz xeyirlərinə ictimailəşdirməklə yetinməyib daha iyrənc üsula, xaricdə Azərbaycan dövlətçiliyi əleyhinə çalışan mühacirlərlə və daim Azərbaycandakı inkişafı görməzdən gələn AXCP lideri Əli Kərimli ilə əlbir olublar. Mənim əlimdə onlara dair elə faktlar var ki, açıb ağartsam aləm yerindən oynayacaq. Mən qərarlıyam. Yaxın günlərdə kartları açaraq mediaya təqdim edəcəm” Səbuhi Xanlarovun fikri beyinlərdə şübhələr yaradır. Düşünürük ki, bu xəmir çox su aparacaq. Qarşı tərəfin reaksiyası maraqlıdır.
AzTimes.az