Səbinə Xasayevanın rəqibi-MÜSAVATIN QƏRARGAHINDA AÇLIQ AKSİYASINA BAŞLAYIR – SABAHDAN
9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində ölkə boyu total saxtakarlığa etiraz əlaməti olaraq, sabahdan Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıram.
Aztimes.az xəbər verir ki, bunu 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyini qeydə alınmış Müsavatçı Elman Quliyev deyib. Bundan başqa şəxsi Facebook hesabında da status paylaşan namizəd fikrində tam ciddi olduğunu bir daha təstiqləyib.
;
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədən hakim partiyadan olan 27 yaşlı Səbinə Səməd qızı Xasayevanı qalib elan edib.