Şəhid Quliyev Ramil Elşən oğluna həsr edilmiş kitab təqdimatı keçirildi- FOTOLAR

Baxılıb:672
Şəhid Quliyev Ramil Elşən oğluna həsr edilmiş kitab təqdimatı keçirildi- FOTOLAR

AzTimes.az xəbər verir ki, bu gün Sumqayıt şəhərindən Böyük Vətən müharibəsi şəhidi Quliyev Ramil Elşən oğluna həsr edilmiş kitab təqdimatı keçirilib. İlk öncə Sumqayıt şəhər Şəhidlər xiyabanına gedilərək şəhidin məzarı üzərinə gül dəstələri düzərək şəhidin əziz xatirəsi yad edilmişdir. Daha sonra Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə “Gözlə Məni, Anam Mənim” adlı ədəbi bədii kompozisiya keçirilmişdir.
Təqdimatda şəhidimizin ailəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti nümayəndələri, Hicran xanım Hüseynovanın köməkçisi, məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etmişdir.
Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında dərin hörmətlə baş əyirik!


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Abunəlik