“Səbiş”dən Ata Abdullayevə məsləhət – AÇIQLAMA – ÖZƏL

Baxılıb:1661
“Səbiş”dən Ata Abdullayevə məsləhət – AÇIQLAMA – ÖZƏL

Fahişəliyin tərəfdarı deyiləm, eləcə də , leqallaşdırılmasının.
AzTimes.az xəbər verir ki, BAXAR.AZ-a bu barədə hakimiyyətyönümlü “blogger” Ata Abdullayevlə sosial şəbəkələrdə müzakirəyə səbəb olan mübahisə edən “Səbiş” ləqəbli transseksual danışıb:
“Ata Abdullayevin videosuna baxdım. Polislərlə birgə qanunu pozan obyektlərdəki reydləri işıqlandırırdı. Əvvəlcə elə bildim ki, o jurnalistdir amma mənə onun jurnalist olmadığını dedilər. Bir vətəndaş kimi qanununsuz olan nəsə görəndə onu polisə deyirsənsə, bu yaxşıdır. Lakin o, səsini atır başına. Mənim özüm də dəfələrlə haqsızlıq görmüşəm deyə, onun çəkdiyi video mənə toxundu. Bunun üçün də video çəkib paylaşdım ki, hünərin varsa, mənə qarşı da belə addım at.
Mənə elə gəlir ki, Ata Abdullayev özü də bizim kimidir, bizlərdəndir. Bir fərqimiz var ki, o gizli hərəkət edir. Bunun üçün də bizlərə aqressivdir. Çoxları mənə yazır ki, qorxmursan onu tənqid edirsən, səni həbs elətdirər? Mənim onun kimilərdən qorxum yoxdur. Ata Abdullayevə də məsləhətim budur ki, ölkəni tərk etsin. Onun videolarına rəy yazanların 95%-i söyüş yazır. Ona cavab videosu çəkəndən sonra xeyli insan mənə dəstək xarakterli ismarıclar yazdı.
Həyat tərzinin necə olmasından asılı olmayaraq əvvəlcə insan olmalısan. Sonda onu da qeyd edim ki, fahişəliyin tərəfdarı deyiləm, eləcə də , leqallaşdırılmasının. Lakin bu da bizlərin həyat tərzidir.”
Onu da qeyd edək ki, xəbərdə adı çəkilən Ata Abdullayevin də mövqeyini dərc etməyə hazırıq.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir