Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı

Baxılıb:261
Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb.

Aztimes.az xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb.

Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:

“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.


Abunəlik