Ruslar aldı, Türkiyəyə qaldı: Sata bilmirlər
Ukrayna ilə müharibə zamanı Antalyada ev alan ruslar indi aldıqları evləri ucuz qiymətə satmaq məcburiyyətindədirlər.
Bu barədə “Moskva Times” qəzeti məlumat yayıb.
Xəbərdə yüzlərlə Rusiya vətəndaşının Türkiyədəki daşınmaz əmlakını satmaq cəhdlərinin qiymətlərin düşməsindən sonra uğursuzluqla nəticələndiyi bildirilir.
Həmçinin son illərdə 100 minə yaxın Rusiya vətəndaşının Türkiyəyə gəldiyi, xaricilər arasında isə ölkədə ən çox daşınmaz əmlakı rusların aldığı qeyd edilib.
Ötən ilin noyabrında Rusiya vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışları oktyabr ayı ilə müqayisədə 11 faiz azalıb. Qeyd olunur ki, ruslar son vaxtlar Tailanddan ev alırlar.