Rusiyaya qarşı sanksiyalar Almaniyanın öz iqtisadiyyatını məhv edir – ETİRAF

Baxılıb:37
Rusiyaya qarşı sanksiyalar Almaniyanın öz iqtisadiyyatını məhv edir – ETİRAF

Anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına ziyan vurub və buna görə də onlardan imtina etməyin vaxtı çatıb.

Bunu Avropa Parlamentinin üzvü Arno Bauzemer deyib.

O, xüsusən də kənd təsərrüfatı müəssisələrini bürümüş müflisləşmə dalğasına diqqət çəkib. Buna baxmayaraq, Almaniyada hələ də yeni məhdudiyyətlərin tətbiqinin Rusiyaya zərbə vuracağına inananlar çoxdur. Lakin gübrə tarifləri qüvvəyə minərsə, alman fermerləri yenidən əziyyət çəkəcək. Onların xərcləri artacaq və onları istehlakçılara ötürəcəklər.

“Biz görürük ki, Rusiya heç bir şəkildə iqtisadi cəhətdən zərər görməyib, lakin bizim iqtisadiyyatımız bu sanksiyalardan çox zərər çəkib. Buna son qoyulmalıdır”, – deputat bildirib.


Abunəlik