Rusiyaya işləməyə gedənlərlə bağlı şok təklif: bu şəxslərin girişi qadağan edilsin!

Baxılıb:125
Rusiyaya işləməyə gedənlərlə bağlı şok təklif: bu şəxslərin girişi qadağan edilsin!

Xarici işçilərin ailə üzvlərinə və yaxın qohumlarına Rusiya Federasiyasının ərazisinə daxil olmaq qadağan edilməlidir.

Bu təkliflə Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy çıxış edib.

“Ailə üzvlərinin, habelə mütəşəkkil işə cəlb olunmuş əcnəbi işçilərin yaxın qohumlarının Rusiya ərazisinə girişi qadağan edilməlidir” -o, teleqram kanalında yazıb.

Tolstoy vurğulayıb ki, bu təklifin əsas müddəası kimi “bir daxil, bir xaric” prinsipi irəli sürülməlidir.

Rusiyanın Daxili İşlər Nazirliyi də əcnəbilərin vizasız müvəqqəti qalma müddətinin ildə 90 günə endirilməsi ilə bağlı qanun layihəsinin hökumətə təqdim edildiyini açıqlayıb. Mövcud qaydalar hər 180 gündə 90 gün qalmağa icazə verir.


Abunəlik