Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI

Baxılıb:183
Rusiyanın müharibəni dayandırmaq üçün 6 ŞƏRTİ AÇIQLANDI

Ukraynanın ZN.UA agentliyi Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.

 Aztimes.az  Report-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Onlardan 5-i Kremlin istədiyi kimi, Ukrayna Konstitusiyasında təsbit edilməlidir.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:

NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.

Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.

Krımın Rusiya ərazisi kimi tanınması.

Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması.

“Denasifikasiya”. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.

“Ukraynanın demilitarizasiyası”. İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina.


Abunəlik