Rusiyalılar vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı

Baxılıb:34
Rusiyalılar vəfat etmiş yaxınlarının külünü həqiqi brilyantlara çevirirlər: Qiymət açıqlandı

Rusiya paytaxtında qeyri-adi bir xidmət – vəfat etmiş yaxınların külünü həqiqi brilyantlara çevirmək populyarlıq qazanır.

Bu barədə “Koroçe” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, getdikcə daha çox moskvalı ölən qohumlarının xatirəsini bu cür ekstravaqant üsulla əbədiləşdirmək üçün böyük məbləğ ödəməyə hazırdır. Belə ki, “xatirə brilyantı”nın qiyməti 5 000 avrodan (təxminən 9.4 min manat) başlayır.

Mütəxəssislər yüksək qiyməti insan külündən qiymətli daşyaratma prosesinin son dərəcə mürəkkəb və əmək tələb edən bir proses olması ilə izah ediblər: əvvəlcə küldan təmiz karbon çıxarılır, sonra qrafitə çevrilir. Və yalnız bundan sonra qrafitdən həqiqi almaz yetişir ki, onu da cilalayıcı ustalar parlaq brilyanta çevirirlər.

O da vurğulanıb ki, bahalı olmasına baxmayaraq, xidmətə tələbat hər ay artır.

Bununla belə, hüquqşünaslar xəbərdarlıq ediblər ki, mərhum insanın külü ilə bu cür davranış ölülərin cəsədlərinə qarşı təhqir kimi qiymətləndirilə bilər. Lakin Rusiyada hələ ki, “xatirə almazları” hazırlanmasına görə məsuliyyətə cəlb edilmə presedenti olmayıb.


Abunəlik