Rusiyalı alimlər İrandan Azərbaycana təxliyə edildilər
BRICS üzrə konfransda iştirak edən 14 rusiyalı alim İran-İsrail münaqişəsi zonasından təxliyə edilib.
Bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinə Rusiya Təhsil və Elm Nazirliyinin tabeliyində olan təşkilatların əməkdaşları: Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Vasili Kuznetsov və İMEMO RAS-ın kiçik elmi işçisi Evdokia Dobreva daxildir.
Münaqişə başlayandan sonra alimlər Rusiya səfirliyinin ərazisinə aparılıb, oradan Azərbaycana yola düşüblər.