Rusiyadan Ukraynaya silah və hərbçi göndərən dövlətlərə XƏBƏRDARLIQ

Baxılıb:193
Rusiyadan Ukraynaya silah və hərbçi göndərən dövlətlərə XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.

Aztimes.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:

“Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər”.

Xatırladaq ki, fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski ölkədə xarici ərazi müdafiə legionunun yaradıldığını elan edib. Ardınca isə hərbi əməliyyatlarda iştirak etmək üçün xaricdən ölkəyə gələnlər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.


Abunəlik