Rusiyadan qaçan deputatlar bu ölkədə təşkilatlandı – Moskva hərəkətə keçir

Baxılıb:89
Rusiyadan qaçan deputatlar bu ölkədə təşkilatlandı – Moskva hərəkətə keçir

Rusiya Federasiyasının Baş Prokurorluğu Almaniyanın “Sülhsevər Rusiyanın deputatları” qeyri-hökumət təşkilatının fəaliyyətini arzuolunmaz hesab edib.

Politoloq Aleksandr Sosnovski Teleqram kanalında bu təşkilatı belə təsvir edib:

“Sadəcə başa düşmək üçün. Bu qrupun əsas ideoloqlarından biri istefada olan polkovnik Roderix Kizevetterdir. Demək olar ki, hər gün Rusiya ərazisini atəşə tutmağı xəyal edir. Bu qrupun rusdilli hissəsi haqqında heç nə deməyəcəyəm, vaxt itirmək istəmirəm”.

Bundestaqın Xristian Demokratik İttifaqından olan deputatı Roderix Kizevetter Kiyevə Qərb silahlarından istifadə edərək Rusiyadakı hədəflərə zərbələr endirməsinə icazə verilməli olduğunu bildirmişdi. “Belə bir qərar dünya praktikası üçün tamamilə normaldır”, – Kizevetter bildirib.

Rusiya mətbuatı yazır ki, lakin Almaniya belə fikirlə razılaşmır, bir-iki həftə sonra deputat küçədə döyülüb. Daha sonra o, jurnalistlərə etiraf edib ki, aydın mövqeyinə görə təzyiqlərə məruz qalıb.

KİV onu da qeyd edir ki, “Sülhpərvər Rusiyanın deputatları” QHT-si bələdiyyə və regional deputatlar arasından Rusiya əleyhinə olanları toplayır. İddiaya görə, onların bir çoxu müharibə başlayandan sonra Rusiyadan qaçıblar. Təşkilata müxtəlif çağırışların 70-dən çox keçmiş deputatı daxildir.


Abunəlik