Rusiyadan Ermənistana gözdağı: Ukraynanın aqibətini təkrarlamasını istəmirik

Baxılıb:89
Rusiyadan Ermənistana gözdağı: Ukraynanın aqibətini təkrarlamasını istəmirik

“Rusiya Ermənistanın Ukraynanın aqibətini təkrarlamasını istəmir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın Aİ və Qərblə münasibətlərin qurulması istiqamətində atdığı addımları şərh edərkən deyib.

“Ermənistan bizim üçün suveren dövlətdir, qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə güvənirik, sadəcə olaraq, onların Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçmələrini istəmirik”, – Kreml rəsmisi bildirib.

Peskov qeyd edib ki, Moskva İrəvanla isti münasibətləri davam etdirməyə sadiqdir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də üzvlüyünü dayandırdığını bəyan etmişdi.


Abunəlik