Rusiyadan Ermənistana Azərbaycanla bağlı tövsiyə: Moskva nədən qorxur?
Rusiya Ermənistan və Azərbaycanın “münasibətlərin sabit uzunmüddətli nizamlanması və gələcək nəsillər üçün mina sahəsi qoymayacaq sülh müqaviləsi hazırlamasına” tərəfdardır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O, erməni tərəfini “regional kommunikasiyaların qarşısının alınması istiqamətində işi davam etdirməyə” çağırıb.
Qaluzin əlavə edib ki, Qərbin Cənubi Qafqazdakı siyasəti “regionda vəziyyəti sabitləşdirməyə deyil, Moskva üçün əlavə təhlükələr yaratmağa” yönəlib.
Onun fikrincə, “Qərb dairələri bu regiondan Rusiyaya strateji məğlubiyyət vermək üçün istifadə etməyə çalışır, hətta bəzi hallarda ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa razı salmağa çalışır”.