Rusiyadan çağırış: Dünya müharibəsinə hazırlaşan Avropaya elə cəza vermək lazımdır ki…
Rusiya Milli Tədqiqat Universitetinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin elmi direktoru Sergey Karaqanov Avropanın üçüncü dünya müharibəsinə hazırlaşdığını bildirib.
Karaqanov bu barədə “RİA Novosti”yə müsahibəsində deyib. O, 20-ci əsrdə Avropanın iki dünya müharibəsinə başladığını vurğulayıb və aydınlıq gətirib ki, Avropa ölkələri hazırda növbəti müharibəyə başlamağı planlaşdırır.
“Biz onları dayandırmalı və cəzalandırmalıyıq. Bunu elə etmək lazımdır ki, Avropadan bir daha heç vaxt təhlükə gəlməsin”, – Karaqanov qeyd edib.
Digər məsələlərlə yanaşı, o, Rusiya ərazisinə istənilən hücuma cavab olaraq nüvə zərbələrinin endirilməsi imkanının Rusiyanın nüvə doktrinasına yazılmasına çağırıb. “Bunu elə etmək lazımdır ki, Qərb ölkələri “sürünərək uzaqlaşsınlar”, – Karqanov deyib.