Rusiyada xalq Ukrayna ilə müharibəyə etiraz etdi – 260-dan çox saxlanılan var

Baxılıb:161
Rusiyada xalq Ukrayna ilə müharibəyə etiraz etdi – 260-dan çox saxlanılan var

Rusiya xalqı paytaxt Moskva və Sankt-Peterburqda nümayiş keçirib.

Aztimes.az  xəbər verir ki, yüzlərlə insan Ukraynaya qarşı hücumları dayandırmaq və sülhü təmin etmək üçün küçələrə axışıb. Nümayişçilər Rusiya administrasiyasını müharibəni dayandırmağa və sülhü təmin etməyə çağırıblar.

Sankt-Peterburqun Nevski küçəsində toplaşan kütlə müharibə əleyhinə plakatlar açıb, şüarlar səsləndirib.

Nümayişlərin icazəsiz keçirildiyi barədə xəbərdarlıq edən polis qrupa sərt şəkildə müdaxilə edib. Aksiyada 260-dan çox adam saxlanılıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra ölkə boyu etirazlar davam edir.


Abunəlik