Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Baxılıb:128
Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Rusiya Daxili İşlər Nazirliyi 398 keçmiş xarici vətəndaşı cinayət törətdiklərinə görə Rusiya vətəndaşlığından məhrum edib. Bu, vətəndaşlıqdan məhrumetmə ilə nəticələnən cinayətlərin siyahısını genişləndirən yeni qanun sayəsində mümkün olub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

“Federal qanunun icrasına başlandığı gündən Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı 406 qərar qəbul edilib. Onlardan 398-i vətəndaşlığa alınmış miqrantların cinayət məsuliyyətinə cəlb edilməsinə dair məhkəmə hökmlərinin qüvvəyə minməsi ilə əlaqədar qəbul edilib. Bu barədə Federal qanunun 24-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulub”, – nazirlikdən TASS-a bildirilib.

Məlumata görə, Rusiya pasportu Cinayət Məcəlləsinin 64 maddəsi ilə nəzərdə tutulmuş cinayətlərə görə ləğv edilə bilər. Bu cinayətlərə aşağıdakılar daxildir: Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması, ordunu nüfuzdan salmaq, təxribat, casusluq və dövlətə xəyanət. Həmçinin cinsi toxunulmazlığa qarşı cinayətlər, saxta pul, narkotik və silah alveri, banditizm və digər ciddi pozuntulara görə də vətəndaşlıq ləğv edilə bilər.


Abunəlik