Rusiya Xarkova zərbə endirdi – yaralılar var
Rusiya qoşunları bu səhər Xarkov vilayətinə zərbələr endirib.
Bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.
Bildirilir ki, hava hücumu təhlükəsi elan olunduqdan sonra partlayış səsləri eşidilib. Hadisə nəticəsində 5 nəfər yaralanıb.
Bununla yanaşı, paytaxt Kiyevdə də hava hücumu təhlükəsi elan olunub.
Qafqazinfo