Rusiya və ona hərbi dəstək verənlərin başı dərddə: Növbəti həftə…
ABŞ-ın maliyyə naziri Janet Yellen yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəklərini bildirib.
Növbəti həftə ərzində Rusiyaya, o cümlədən ona hərbi baxımdan dəstək olan üçüncü ölkələrdəki vasitəçilərə qarşı “güclü yeni sanksiyalar” elan ediləcək.
Yellen bildirib ki, ABŞ Yaxın Şərqdəki münaqişələrə cavab olaraq əlində olan bütün vasitələrdən istifadə edir:
“Bu ayın əvvəlində İranın İsrailə hücumuna cavab olaraq İrana təzyiqi artırmaq üçün əlavə addımlar atıldı. İrana qarşı sanksiyalar tətbiq edildi. Bölgədə sabitliyin artırılması üçün əlimizdən gələni etməyə hazırıq”.