Rusiya və ABŞ birgə bəyanat yayacaq: Bu görüşlə bağlı

Baxılıb:38
Rusiya və ABŞ birgə bəyanat yayacaq: Bu görüşlə bağlı

Rusiya və ABŞ Moskva vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Ər-Riyadda danışıqların nəticələrinə dair birgə bəyanat dərc edəcək.

Bu barədə mənbələrə istinadən “CBS News” telekanalı məlumat yayıb.

“Bəyanat Vaşinqton vaxtı ilə səhər saat 4:00-da və Moskva vaxtı ilə saat 11:00-da dərc edilməlidir”, – telekanal xəbər verir.

Bəyanatın tarixi barədə Ukrayna tərəfinə də məlumat verildiyi vurğulanır. Bundan əlavə, telekanalın mənbələrinə görə, ABŞ nümayəndələri danışıqlardan razıdırlar və görüşdən sonra müsbət bəyanat gözləyirlər.

Martın 24-də Ər-Riyadda Rusiya və ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi üzrə texniki danışıqlar baş tutub. Görüş ümumilikdə, 12 saat davam edib.


Abunəlik