Rusiya niyə çıldırdı? – Ermənistanda vurulan raket komplekslərindən ikisi “İskəndər” idi? – ŞOK İDDİA

Baxılıb:811
Rusiya niyə çıldırdı? – Ermənistanda vurulan raket komplekslərindən ikisi “İskəndər” idi? – ŞOK İDDİA

Azərbaycanın ötən gecə və bu gün səhər ard-arda Ermənistan ərazisindən ölkəmizin mülki obyektlərini hədəfə alan raket komplekslərini vurmasından sonra Moskvanın niyə özündən çıxdığının səbəbi getdikcə aydınlaşır.

AzTimes.az-ın Rusiyanın Avia.pro portalına istinadən verdiyi məlumatına görə, vurulan həmin qurğulardan ən azı ikisinin “İskəndər” kompleksi ola biləcəyi ehtimalı var. 

Məlumatda deyilir:

“Dünən gecə Azərbaycan Ermənistana sarsıdıcı bir zərbə vurdu, nəticədə taktiki raket sistemləri olan bütün bir bölgə məhv edildi, bunların arasında yalnız Tochka-U raket sistemi deyil, eyni zamanda Rusiyanın son model İskəndər kompleksləri də var”. 

Məlumatda o da iddia olunur ki, Ermənistanda mövcud olan 4 “İskəndər” kompleksindən ikisi artıq məhv edilib.

“Azərbaycanın pilotsuz təyyarəsi vasitəsilə çəkilən  kadrlarda həqiqətən ən azı iki İskəndər sisteminin yox edildiyini görə bilərik – bu komplekslərin fotoşəkillərini müqayisə edəndə açıq bir oxşarlıq görmək olar. Baxmayaraq ki, Ermənistan məhv edilmiş RK tipini açıqlamır”,-Avia.pro yazır:

“Məlumatda məhv edilmiş taktiki raket sistemlərinin dəqiq sayı barədə bildirilmir, lakin mənbələrə görə, 7-9 taktiki raket sisteminin sıradan çıxarılmasından bəhs edə bilərik”.

/ovqat.com


Abunəlik