Rusiya müharibə taktikasını dəyişdi: Ərzaq bahalaşacaq?

Baxılıb:91
Rusiya müharibə taktikasını dəyişdi: Ərzaq bahalaşacaq?

Rusiya – Ukrayna müharibəsi 2022-ci ildən bəri dünyanın diqqət mərkəzində qalmaqda davam edir. Bu həftə Qara dənizdə baş verən son hadisələr Rusiyanın müharibə strategiyasını dəyişdiyini göstərib.

Son zamanlar Rusiyanın Ukrayna kommersiya gəmilərini hədəfə alması müharibəni yeni ölçüyə daşıyacağı iddialarını gündəmə gətirib.

Ukrayna bildirib ki, Rusiya Qara dənizdə taxıl daşıyan ticarət gəmilərinə bir sıra raket hücumları təşkil edib. Rəsmilər Rusiyanın hücumu nəticəsində ərzaq qiymətlərində uzun müddət davam edən sabitliyin pozulacağını bəyan ediblər. Digər tərəfdən, Rusiyanın bu hücumda məqsədinin Ukraynanı qorxutmaq olduğu düşünülür.

Rusiyanın taxıl daşıyan gəmilərə hücum etməsi iddiası ilk dəfə gündəmə gəlmir.


Abunəlik