Rusiya Kursku “ikinci dərəcəli vəzifə” elan etdi: əsas hədəf budur

Baxılıb:72
Rusiya Kursku “ikinci dərəcəli vəzifə” elan etdi: əsas hədəf budur

Ukraynanın Kursk bölgəsindəki uğurlarına baxmayaraq, Rusiya üçün bu ərazilərin öz nəzarətinə qaytarılması “ikinci dərəcəli vəzifə” ola bilər.

Bu barədə “The Wall Street Journal” Karnegi Mərkəzinin baş elmi işçisi Tatyana Stanovayaya istinadən yazır.

Onun fikrincə, Rusiyanın daha mühüm strateji hədəfi var – Donetskdə irəliləmək.

Stanovaya hesab edir ki, Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi panika yoxdur. Onun sözlərinə görə, Putin Ukraynanın hücumunun onun daha geniş strateji hesablamalarına çox təsir edəcəyini düşünmür.

Bu hesablamanın mərkəzində “danışıqlara gedən yolu Rusiyanın xeyrinə asanlaşdırmaq üçün bütün Donetsk vilayətinin ələ keçirilməsi və nəticədə Ukrayna hökumətinin süqutu dayanır”.

“Əgər hərbi yolla həllini tapmasa, bu, aylarla və ya illərlə davam edə bilər… Və Moskvada insanlar artıq bu fikrə öyrəşiblər”, – Stanovaya Kursk vilayətindəki vəziyyətin perspektivləri barədə deyib.


Abunəlik