Rusiya İnsan Hüquqlarını Müdafiə Şurası İranı rusiyalı jurnalisiti azad etməyə çağırıb

Baxılıb:106
Rusiya İnsan Hüquqlarını Müdafiə Şurası İranı rusiyalı jurnalisiti azad etməyə çağırıb

 

Rusiya prezidenti yanında İnsan Hüquqlarını Müdafiə Şurası rəsmi Tehranı İranda saxlanılan jurnalist Yuliya Yuzikin konsul xidməti ilə təmin etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, onlar Rusiyadan olan qohumlarınn Yuliya Yuziklə görüşü üçün şəraitə yaradılmasını istəyiblər.

Hüquq müdafiəçiləri eyni zamanda İran hakimiyyətini jurnalistin saxlanılması səbəbinə dair əhatəli açıqlama verməyə və onu tezliklə azad etməyə çağırıblar.

Qeyd edək ki, oktyabrın 2-də Yuliya Y.Tehranda saxlanılmasına dair məlumat yayılıb.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir