Rusiya ilə müharibəyə hazırlaşın: 3-7 il ərzində… – Xəbərdarlıq edildi
NATO-nun baş katibi Mark Rutte Rusiya ilə müharibənin mümkün vaxtı barədə danışıb.
Onun sözlərinə görə, bu, 3-7 il ərzində baş verə bilər.
Rusiyanın heyrətamiz sürətlə bərpa olunduğunu deyən Rutte bildirib ki, NATO kəşfiyyat xidmətlərinin, eləcə də Almaniya və digər ölkələrin KİV-lərinin bir sıra açıq mənbələrinin təhlili göstərir ki, Rusiya üç ildən sonra hücum edə bilər.
Eyni zamanda siyasətçi qeyd edib ki, bəziləri bunun 5 ildən sonra olacağını, bəziləri isə 7 ildən sonra olacağını deyir.
“Qərb 3-7 il ərzində hazır olmalıdır”, – deyə NATO-nun baş katibi fikrini yekunlaşdırıb.