Rusiya Ermənistanda çökən dəmir yolunu bərpa edir

Baxılıb:93
Rusiya Ermənistanda çökən dəmir yolunu bərpa edir

Mayın 25-də Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı çökən dəmir yol infrastrukturun bərpasına Rusiya dəstək göstərir. Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Bildirilib ki, bununla bağlı Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mqer Qriqoryan arasında razılıq əldə edilib. Rəsmi Moskva bərpa prosesinin xərclərini öz üzərinə götürüb. Həmçinin işə rusiyalı mütəxəssislər cəlb olunub.


Abunəlik