Ruhu himayə edən ağacın sirri

Baxılıb:293
Ruhu himayə edən ağacın sirri

Hadisə bir neçə il əvvəl kəndlərdən birində baş verib.
Gənc ailə kənddə tikdikləri evə köçürlər. Bir müddət sonra qadında qəribəliklər hiss olunmağa başlayır. O düzənlik həyətdə böyük ağac olduğunu, orada bir iri gözləri, uzun qara saçları olan qızın boğazından asılaraq yelləndiyini deyir. Hamı qadının dəli olduğunu düşünür. Ər arvadını bütün həkimlərə göstərir, müalicələr yazdırır, amma qanı o müalicələrin heç bir xeyri olmur. Vəziyyət daha da ağırlaşır. Qadın durmadan eyni şeyləri təkrarlayır, ağlayır, and içərək ona inanmaları üçün yalvarır.
Qışın son aylarında dərdli ər həyəti qaydaya salaraq yeni meyvə tingləri əkdirmək fikrinə düşür. Traktor sifariş edərək torpağı şumlamasını tapşırır. Traktor işlədikcə özü də kənardan qonşularla söhbət edə-edə prosesi müşahidə edir.Birdən traktor torpağı eşməyə başlayır. İri bir kötük kotana ilişərək kənara yuvarlanır. Qonşulardan ən yaşlı olan kişi gözlərini qıyaraq kötüyə baxır. Köks ötürərək başını yelləyir:
-Necə də saf qalıb, çürüməyib çər dəyişib kötüyü. Burada uzun illər əvvəl nəhəng bir tut ağacı var idi. Yol keçənlər kölgəsində daldalanırdılar. Bir gün kənd camaatı şəhəri dəhşətli bir görüntü ilə açdılar. Rəhmətlik Əmir kişinin kiçik bacısı Gülçöhrənin meyidi ağacdan sallanırdı. Elə gözəl qız idi. Uzun, qap-qara saçları, iri, piyalə kimi gözləri var idi. Zəif əsən külək ağacdan asılı qalan meyidi asta-asta yelləyirdi. Həə. Ondan sonra Əmir və atası ağacı kəsdi.
Qoca danışdıqca qadınının əri heyrətdən şoka düsmüsdu. Yoldaşının ona yalvararaq danışdıqlarını xatırlayırdı. Yəqin ki ruh nədənsə narahat idi…
Kölgə/AzTimes.az/


Abunəlik