Rublun bahalaşmasının hansı təsirləri olacaq? – AÇIQLAMA

Baxılıb:43
Rublun bahalaşmasının hansı təsirləri olacaq? – AÇIQLAMA

Əgər 2025-ci il yanvarın 1-də 1 ABŞ dolları almaq üçün 113 rubl tələb olunurdusa, hazırda bu məzənnə 78,8 rubla enib.

Eyni zamanda ilin əvvəlində 1000 rublu 16 manata dəyişmək mümkün idisə, indi bu məbləğ 22 manat təşkil edir.

Rusiya Azərbaycanın ən böyük idxal tərəfdaşı olmaqla yanaşı, ölkəyə göndərilən pul baratlarının da əsas mənbəyidir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, rublun bahalaşması Rusiyadan Azərbaycana göndərilən pul vəsaitlərinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, məzənnənin yüksəlməsi nəticəsində vətəndaşların əldə etdiyi manat məbləği də artıb. Belə ki, 2025-ci ilin əvvəlində Rusiyadan göndərilən 10 min rubl 160 manat dəyərində idisə, hazırda bu məbləğ 220 manata bərabərdir:

“Ticarət göstəricilərinə gəlincə, rublun möhkəmlənməsi hələlik Azərbaycanın Rusiyaya ixracına müsbət təsir etməyib. Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Rusiyaya ixracı 325,5 milyon dollar təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 322,9 milyon dollara düşüb. Rublun möhkəmlənməsi ixraca müsbət təsir göstərən faktordur”.


Abunəlik