Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır

Baxılıb:56
Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

Pontifikin bəyanatını Müqəddəs Taxt-Tacın mətbuat xidməti yayıb.

O, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin əldə edilməsi səyləri fonunda Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini bildirib.

“Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 14-də xəstəxanaya yerləşdirilən Katolik Kilsəsinin rəhbəri beş həftədən sonra ilk dəfə martın 23-də ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.


Abunəlik