Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar

Baxılıb:24
Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar

Süni intellekt nəhəngləri “OpenAI”-nin “GPT”-si və “Meta”-nın “LlaMa”-sı daha bir tarixi uğura imza atıb.

Bu barədə San Dieqo Universitetinin (UCSD) alimləri araşdırma aparıb.

Araşdırmada alimlər öyrənmə alqoritmi əsasında süni intellektin sınaqdan keçirilməsi üçün ümumilikdə 158 nəfər üzərində təcrübələr aparıblar.

Eksperimental araşdırmada iştirakçılar hansının insan, hansının robot olduğunu bilmədən həm insanlar, həm də süni intellektli “chatbot”larla 5 dəqiqəlik söhbət ediblər.

İştirakçıların 73 faizi “GPT”-nin süni intellekt olduğunu ayırd edə bilməyib. Eyni təcrübə “LlaMa”-nın 3.1 modeli üçün də oxşar nəticələnib. İştirakçıların 56 faizi aldıqları cavabların insan tərəfindən verildiyini düşünüb.


Abunəlik