Rekord: 15 ölkədə maksimal hava temperaturu qeydə alındı

Baxılıb:57
Rekord: 15 ölkədə maksimal hava temperaturu qeydə alındı

2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub.

Bu barədə “The Guardian”a iqlimşünas Maksimiliano Errera bildirib.

Onun sözlərinə görə, dünyanın 15 ölkəsində maksimal hava temperaturu qeydə alınıb.

“2024-cü ilin fevralından iyul ayına qədər olan dövr bütün statistik göstəricilər üzrə rekord vurub”, – o, nəşrə müsahibəsində deyib.

Müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. Bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə, Malidə isə 48,5 dərəcəyə çatıb.

Ekspert diqqətə çatdırıb ki, əvvəllər ekstremal istilər insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə və “El Ninyo” təbiət fenomeninin – Sakit okeanda suyun yuxarı qatının kəskin istiləşməsi ilə əlaqələndirilirdi.

“Bu il isə “El Ninyo” təsir gücünü itirir, lakin buna baxmayaraq, temperatur rekordlarının sayı yalnız artıb”, – o vurğulayıb.


Abunəlik