Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək

Baxılıb:33
Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək

Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndirilir.

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, reklam haqqında qanunvericiliyin pozulmasına, yəni Məcəllənin 428.1-428.4-1-ci, 428.6-cı və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin rəqəmsal platforma təsirçisi tərəfindən törədilməsinə görə vəzifəli şəxslər 750 manatdan 1 250 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin olunacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.


Abunəlik