Regionda siqaret ən baha qiymətə Azərbaycanda satılır – Kimlər qazanır?

Baxılıb:660
Regionda siqaret ən baha qiymətə Azərbaycanda satılır – Kimlər qazanır?

Azərbaycan region ölkələri arasında siqaretin ən yüksək qiymətə satıldığı ölkə ünvanını əldə edib.

Region ölkələri arasında siqaret ən yüksək qiymətə Azərbaycanda satılır.

Müqayisə üçün bildirək ki, bir “paçka” “Marlboro” siqaretinin qiyməti Azərbaycanda 3,5 dollar (6 manat) təşkil edir.

Türkiyədə milli valyutanın – lirənin dollar qarşısında dəyərdən düşməsi səbəbindən hazırda siaret ən ucuz qiymətə Türkiyədə satılır. Türkiyədə bir “paçka” “Marlboro” siqaretinin qiyməti 1,9 dollara (50 lirə) bərabərdir.

regionda ən uc Türkiyədə 2,85 dollara bərabərdir. Azərbaycanda isə bir “paçka” “Marlboro” 2,35 dollara satılır.

Şimal qonşumuz Rusiyada bir “paçka” “Marlboro”nun qiyməti 2,2 dollar (220 rubl) təşkil edir.

“Numbeo”nun məlumatına görə region ölkələrindən İranda bir “paçka” “Marlboro”nun qiyməti 2,1 dollara, Ukraynda 2,2 dollara, Ermənistanda 2,4 dollara, Gürcüstanda 3 dollara satılır.

Məlumat üçün qeyd edək ki, bir “paçka” “Marlboro”nun ən baha satıldığı ölkələrin siyahısında ilk sıranı Avstraliya (26 dollar), Yeni Zelandiya (23 dollar) və İrlandiya (16 dollar) tutur.

Onu da bildirək ki, Azərbaycanda ən böyük siqaret istehsalçısı “Tabaterra” QSC hesab olunur. Bu şirkətin direktoru millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir rəhbərlik edir.

Onu da qeyd edək ki, ötən ilin yanvar ayında İngiltərənin Milli Kriminal Agentliyi Elman Cavanşir və Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt məbləğində vəsaiti müsadirə edib.


Abunəlik