Rayonlara gediş-gəlişin açılması ilə bağlı rəsmi AÇIQLAMA

Baxılıb:703
Rayonlara gediş-gəlişin açılması ilə bağlı rəsmi AÇIQLAMA

Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: “Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.(sfera.az)


Abunəlik