Rayon xəstəxanalarında yaranan icbari tibbi sığorta problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxılıb:20
Rayon xəstəxanalarında yaranan icbari tibbi sığorta problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda xəstəxanalara yeni avadanlıqların alınması, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaşların məmnunluğunun artırılması istiqamətində bir sıra işlər görülür.

Bu barədə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, rayon xəstəxanalarında görülən işlər bölgələrdə yaşayan vətəndaşların yerində xidmət ala bilməsi, əziyyət çəkib şəhərə gəlməməsi üçündür.

“Əlbəttə ki, şəhər xəstəxanalarında da müəyyən problemlərlə rastlaşırıq. Bəzən elə xidmət olur ki, texniki səbəbdən icrası mümkün olmur. Bu zaman tibbi xidmətə əlçatanlığı yaratmaq üçün vətəndaşa göndəriş vərəqəsi verilir.

Vətəndaşa lazım olan tibbi xidmət göndəriş əsasında ya digər dövlət tibb müəssisələrində, ya da Agentliyin müqavilə bağladığı xəstəxanalarda icra oluna bilər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət alarkən hər hansı çətinliklə üzləşən vətəndaş “1542” Çağrı mərkəzinə müraciət edə bilər”, – N.Ağayeva əlavə edib.


Abunəlik