Ramiz Mehdiyevin nəvəsinin toyunda olan generallar cərimələnəcəkmi
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha iki məşhur şəxsin adı məlum olub.
AZTİMES.AZ-ın əldə etdiyi məlumata görə, ölkənin keçmiş baş prokuroru general-polkovnik Zakir Qaralov və Fövqəladə Hallar nazirinin müavini , general-mayor Teymur Mehdiyev də məlum toyda iştirak edib. Onlar Ramiz Mehdiyevin nəvəsinin toyunda iştiraklarına görə sosial şəbəkədə qınaqla üzləşiblər. Belə ki, sosial şəbəkə fəalları hüquq-mühafizə orqanlarından onların da cərimələnməsi, ya da həbs olunması bağlı tələblərlə paylaşımlar ediblər.(azerbaycanrealligi.com)