Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin etdi

Baxılıb:521
Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə yeni köməkçi təyin edib.

“Report” xəbər verir ki, yeni köməkçi vəzifəsinə Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov təyinat alıb.

Bununla da AMEA prezidentinin köməkçilərinin sayı üçə çatıb.

Bundan əlavə, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Həmçinin texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.


Abunəlik