Ramin Bayramlının yerinə təyinat oldu – Rəsmi açıqlama

Baxılıb:553
Ramin Bayramlının yerinə təyinat oldu – Rəsmi açıqlama


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

AzTimes.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yayılan açıqlamada qeyd olunub.

Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

O, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəridir.


Abunəlik