Ramil Usubov vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzTimes.az “Report”a istinadən xəbər verir ki, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Digər sərəncama görə Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.