Rafael Əliyev Maliyyə naziri vəzifəsinə təyin edildi
Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib.
AzTimes.az Publika.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, R.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.