Rəsul Quliyev: “Pul artıq Rusiyanı qudurdub” – Azərbaycan müharibəyə hazır olmalıdır

Baxılıb:446
Rəsul Quliyev: “Pul artıq Rusiyanı qudurdub” – Azərbaycan müharibəyə hazır olmalıdır

“2014-cü ildə Rusiya Krımı işğal edəndən sonra tətbiq olunan sanksiyalar Rusiyanı daha da gücləndirdi və gücləndirməkdə davam edir”.

Aztimes.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Avropa İttifaqı Rusiyanı cəzalandırmaq əvəzinə, onun inkişafına güclü təkan verib: “Bu belə də olmalı idi. Avropa İttifaqı Rusiyanın dövlət büdcəsinin yarısının enerji sektorunun hesabına formalaşdığını bilirdi. Bu sektor heç bir sanksiyaya məruz qalmayıb, əksinə satış qiymətləri artır. Rusiyaya axan valyuta ya dəyişməyib, ya da artıb. Sanksiyadan öncə bu valyutanın 20-25 faizi Avropadan müəyyən məhsullar almağa gedirdi. İndi bu mallar Çin, Türkiyə, İran, Misir, Hindistan və başqa ölkələrdən əvvəllər xərclənən valyutanın yarısı ilə alınır və Rusiyanın iqtisadi vəziyyəti daha yuxarı səviyyədədir. Pul artıq Rusiyanı qudurdub. Lavrov açıq mətnlə Avropanı hədələyir. Sovet İttifaqı dağıldıqdan sonra yaranmış müstəqil ölkələrin ağası olduğunu elan edir.

Avropanın apardığı yarıtmaz siyasət nəticəsində tarix boyu qonşularına qarşı aqressiv siyasət aparan Rusiya istənilən vaxt Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukraynaya qarşı müharibə başlada bilər. Rusiya aqressiyanın qarşısı yalnız bu ölkələrin, o cümlədən Ermənistanın Türkiyə ətrafında birləşməsindən keçir. Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün bu işi görmək lazımdır, təcili! İkincisi, Avropa İttifaqı Rusiyaya qarşı energetika sektorunda sanksiya tətbiq etməlidir. “Severniy Potok” layihəsini saxlamalı və qazın idxalını ən azı 30 faiz aşağı salmalıdır. Neft idxalını Rusiyadan azı 2 dəfə azaltmalıdır. Qazı ABŞ-ın sıxılmış qazı, nefti is İranın neft eksportu ilə kompensasiya etməlidir. Rusiya var gücü ilə Qərbin İranla dil tapmasına mane olacaq. Çünki İrana qarşı sanksiyanın uzadılması onun marağındadır. Azərbaycan müharibəyə hazır olmalıdır. Türkiyə ilə əlaqələr bir mənalı gücləndirilməlidir”./KONKRET/


Abunəlik